​Trampdan qandonduran açıqlama: MÖHTƏŞƏM GÜNDÜR!

Baxış sayı:
6814

Qəzza zolağında yüzlərlə fələstinlinin yaralandığı və çoxlu sayda adamın dünyasını dəyişdiyi etiraz aksiyaları davam etdiyi bir vaxtda ABŞ Prezidenti Donald Trampın sözləri bütün dünyada rezonans doğurub.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, Tvitter səhifəsində səfirliyin Qüdsə köçürülməsi barədə yazan Tramp açılışın elanını böyük təntənə ilə edib.
 “ABŞ səfirliyinin Qüdsə köçürülməsi “Foks Nyus” və “Foks Biznes” kanallarından canlı yayımlanacaq. İsrail üçün möhtəşəm bir gün!” - Tramp yazıb.
Xatırladaq ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən minlərlə fələstinli sərhədə axın edib. İsrail ordusunun etirazçılara müdaxiləsi nəticəsində 25 nəfər ölüb, 512 nəfər yaralanıb.