Tramp prezidentliyə namizədi belə lağa qoydu...

Baxış sayı:
5791

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Vermont ştatının senatoru Bernie Sandersin 2020-dəki seçkilərdə prezidentliyə namizəd olacağını açıqlayan rəqibinə istehzalı bir tövrlə uğurlar arzulayıb. 

Digər tərəfdən, Sanders seçki kampaniyasının rəhbərliyinə Pakistan əsilli Amerikalı Müsəlman Faiz Şakiri gətirdiyini bildirib. Müsəlman birinin seçki kampaniyası rəhbəri olması ABŞ prezident seçkilərində ilk dəfə olaraq qeydlərə keçib.
 
Sosial media hesabı Twitter-dən qısa bir mesaj yazan Tramp, "Çılğın Bernie Sanders yarışa yeni girdi. Ona xoş arzularımla” deyə tvit atıb.

Müxalifət.az