Trampdan ordunun mülki əhalini öldürməsinə yaşıl işıq

Baxış sayı:
8725

ABŞ prezidenti Donald Tramp sələfi Obamanın gətirdiyi, ABŞ-ın fəal qarşıdurma sahələrindan başqa hücumlarda səbəb olduğu mülki itkiləri barədə Konqresə hesabat vermə zərurətini ləğv edib.
 
Tramp Obamanın 2016-da qüvvəyə minən fərmanını yeni bir fərman ilə ləğv edib.
Ağ Evin məsələ ilə bağlı yaydığı prezident fərmanında bu tətbiqin ləğv olunma səbəbinə dair hər hansı bir məlumat verilməyib.
Qeyd edək ki, Obama dövründə, xüsusən də Pakistanda İnsansız Hava Vasitələri ilə keçirilən hava hücumlarında minlərlə vətəndaş öldürülmüşdü.
ABŞ-ın İraq, Əfqanıstan və Suriya kimi fəal qarşıdurma sahələrində və bu sahələrin xaricində təşkil etdiyi hava hücumlarında böyük mülki itkilərinin meydana gəlməsi uzun zamandır müzakirə edilir.
Trampın fərmanına görə, ABŞ rəhbərliyi bundan sonra fəal qarşıdurma sahələrindən kənar hava hücumlarına və burada söz mövzusu olacaq mülki itkilərə dair Konqresə hər hansı bir hesabat verməyəcək. Bu isə mülki əhalinin öldürülməsi məsələsinin Tramp hakimiyəti üçün heç bir önəm daşımadığını ortaya qoyur.
Müxalifət.az