Trampdan ona qarşı dövlət çevrilişi ittihamı!

Baxış sayı:
15592

ABŞ prezidenti Donald Tramp keçmiş FTB direktorunun müavini Makkabe-nin onun haqqında etdiyi açıqlamalara, "Bu ABŞ prezidentinə yönəlik bir çevriliş cəhdidir" şəklində cavab verib.
 
Bu haqda ABŞ prezidenti Donald Tramp Twitter hesabından etdiyi şərhdə yazıb.
Trampın şərhi keçmiş FTB sədrinin müavini Andrew Makkabe-nin Amerikan CBS televiziyasına verdiyi açıqlamalardan sonra verilib.
Qeyd edək ki, Andrew Makkabe, ədliyyə naziri müavini Rod Rosensteinin 2017-ci ildə onunla konstitusiyanın, "Trampın prezidentliyə layiq olmadığına qənaət gətirilsə, vəzifədən alına bilməsini təmin edən" bir maddəsi haqqında bəzi kabinet üzvləri ilə müzakirələr apardığını iddia etmişdi.
Müxalifət.az