TRAMPDAN NÖVBƏTİ ŞOK AÇIQLAMA - “PKK İŞİD-dən daha pisdir...”

Baxış sayı:
9238

ABŞ Prezidenti Donald Tramp Türkiyənin Fəratın şərqindəki “Barış bulağı” hərəkatı ilə bağlı yeni açıqlamalar verib.

Prezident Donald Tramp Ağ Evdə İtaliya Prezidenti Serdjo Matarella ilə görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, ABŞ rəsmi Ankaranın Suriyadakı son fəaliyyətləri ilə bağlı Türkiyəyə sanksiyalar tətbiq etməyi, bölgədə savaşmaqdan daha üstün hesab edir.

PKK/YPG-nin İŞİD-lə mübarizəsində ABŞ-dan dəstək aldığı zamanlarda bölgədə daha yaxşı döyüşdüklərini vurğulayan Tramp deyib ki, hazırda PKK İŞİD-dən daha pisdir: “Kürdlər vuruşmağı yaxşı bilir, amma onlar da mələk deyil, bizimlə əməkdaşlıq etdikləri zaman onlara çox pul xərclədik”.//APA