Trampdan növbəti qalmaqal açıqlama: İşğal olunmuş ərazini...

Baxış sayı:
4021

ABŞ prezidenti Donald Tramp İsrailin işğal etdiyi Golan Tepelerinin tanınması zamanının gəldiyini söyləyib.
 
Sosial media hesabı Twitter üzərindən açıqlama verən ABŞ prezidenti Donald Tramp, Suriyanın yarım əsrdir İsrail tərəfindən işğal edilən Golan Təpələrini tanımağın zamanının gəldiyini bildirib.
Tramp 52 il sonra Amerika Birləşmiş Ştatlarının İsrail dövlətinin və bölgəsəl təhlükəsizlik üçün strateji əhəmiyyətə malik olan Golan Təpələri üzərində suverenliyini tam olaraq tanınma zamanının gəldiyini deyib.
 
NETANYAHUDAN TRAMPA TƏŞƏKKÜR
 
İsrailin baş naziri Binyamin Netanyahu Twitterdə Trampa təşəkkür edib.
"İran Suriyanı İsraili məhv etmək üçün bir platforma olaraq istifadə edərkən, prezident Tramp İsrailin Golan Tepeleri üzərində hökmranlığını cəsarətlə tanıyır. Prezident Trampa təşəkkür edirəm" deyə yazıb.
Müxalifət.az