Trampdan "NATOME" təklifi-O, Yaxın Şərqə Şimali Atlantika Alyansının cəlb edilməsinə çalışır

Baxış sayı:
1966

"NATO Yaxın Şərqdəki rolunu artıraraq proseslərdə daha çox iştirak etməlidir", prezident Tramp İran generalı Qasim Süleymaninin öldürülməsindən sonra NATO-ya səsləndi.
Trampın çağırışını NATO cavablandırdı və Tramp NATO-nun baş katibi Jens Stoltenberg ilə telefon danışığı etdi.
Hər ikisi NATO-nun Yaxın Şərqdəki proseslərə daha çox fayda verə biləcəyi mövzusunda razılaşdı.
Hadisələrin gedişatını qiymətləndirən Prof. Mete Gündoğan, Türkiyəni diqqətli davranmağa çağırdı. ABŞ-ın İsraili NATO-ya cəlb etməyə çalışdığını ifadə etdi. Gündoğan, Suleymaninin öldürülməsi əməliyyatına diqqət çəkdi, bunları söylədi:
"ABŞ İsraili NATO-ya cəlb etmək üçün infrastruktur qurmağa başladı. Hətta son hadisələr də buna əsas ola bilər. Ölkəmiz buna çox diqqətli olmalıdır ".
Baş katib Jens Stoltenberg ABŞ prezidenti Donald Trampın NATO-nun bölgədə daha böyük rol oynaması tələbini alqışladı.
Jurnalistlərin suallarını cavablandıran Tramp, “NATO Yaxın Şərqi də əhatə etməlidir. NATO və Yaxın Şərq. Adı NATOME ola bilər. Gözəl deyil? Ad tapmaqda çox yaxşıyam .. NATO-nun Yaxın Şərqdə yeni addım atması üçün məsələnin Alyansın müvafiq mexanizmlərində araşdırılması lazımdır və bütün üzvlər bu planı təsdiqləməlidirlər".
Muxalifet.az