​Trampdan müəllimlərin silahlandırılması ilə bağlı – YENİ AÇIQLAMA

Baxış sayı:
5365

ABŞ Prezidenti Donald Tramp müəllimlərin silahlandırılması ilə bağlı yeni açıqlama verib.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, o, müəllimlərin silahlandırılması ilə yanaşı, tez-tez silah təlimlərində iştirak edəcəklərini bildirib.
Ağ Evdə çıxışı zamanı o, yeni layihədə silah əldə edə biləcək şəxslərin yaş məhdudiyyətinin 18-dən 21-ə qaldırılmasının nəzərdə tutulduğunu deyib.
Qeyd edək ki, fevralın 14-də ABŞ-ın Florida ştatında yeniyetmənin məktəbə hücumu nəticəsində 17 nəfər həlak olmuşdu.