Trampdan “Müharibəyə gedirik” sualına İki kəlməlik cavab: İrandan cavab gecikmədi

Baxış sayı:
6664

ABŞ prezidenti Donald Tramp İran və ABŞ arasındakı gərginliyə qısa münasibət bildirib. Jurnalist "Hörmətli prezident, biz müharibəyə gedirik" sualına, Tramp "Ümid edirəm ki, olmaz" deyə cavab verib. İran İnqilab Mühafizəsi Ordusunun komandan müavini gərginliklə bağlı sərt bir açıqlama verib.
 
İranın İnqilabçı Mühafizəçilərinin parlament işləri üzrə vitse-prezidenti Məhəmməd Saleh Jokar isə bildirib ki, "Qısa mənzilli raketlərimiz belə regionda ABŞ hərbi gəmilərini vurmaq üçün kifayətdir. ABŞ insan gücü və Sosial şərtlər baxımından da zəifdir" deyib.
Müxalifət.az