Trampdan MERKELƏ TƏZYİQ

Baxış sayı:
4204

ABŞ prezidenti Donald Trampın, Almaniyaya Şimal Axını-2 (Nord Stream II) qaz boru kəməri layihəsi ilə bağlı təzyiq göstərdiyi iddia edilib.
 
“The Wall Street Journal”-ın Amerikalı, Alman və Avropalı nümayəndələrə əsaslandırdığı xəbərində, Trampın keçən ay Almaniya baş kansleri Angela Merkeldən Şimal Axını-2 layihəsinə dəstəyini kəsməsini istədiyini və bu məsələdə ona təzyiq etdiyi irəli sürülüb.
 
TİCARƏT DANIŞIQLARI YENİDƏN BAŞLAYACAQ
 
Xəbərdə, Trampın, bu tələb qarşılığında ABŞ ilə Avropa Birliyi (Aİ) arasındakı ticarət danışıqlarının yenidən başlayacağı ilə təhdid etdiyi bildirilib.
Tramp, mart ayında ABŞ-ın xarici ölkələrdən idxal etdiyi polada 25 faiz, alüminiuma 10 faiz gömrük vergisi tətbiq etmiş, ancaq Aİ ölkələrinə bu rüsumun tətbiqini müvəqqəti olaraq dayandırmışdı.
 
TRAMP MERKELƏ TƏZYİQ GÖSTƏRİR
 
Mütəxəssislər, 1 iyunda müddəti dolacaq bu güzəştin davam etməsi, ABŞ ilə AB arasında yeni ticarət şəraitinin yaradılması və Aİ ölkələrinə ABŞ-dan mayeləşdirilmiş qaz ixracının (LNG) artırılması üçün Trampın Merkelə Şimal Axını-2 boru kəməri məsələsində təzyiq göstərdiyini ifadə edir.
 
TƏHLÜKƏSİZLİK NARAHATLIQ YARADIR
 
ABŞ Xarici İşlər Nazirliyinin enerji diplomatiyası üzrə müşaviri Sandra Oudkirk, Berlində verdiyi açıqlamada, Şimali Axını-2 layihəsinin təhlükəsizlik narahatçılıqları yaratdığını bildirib.
Oudkirk, layihə çərçivəsində Rusiyanın Baltik dənizinə nəzarət və dinləmə avadanlıqları yerləşdirə və Moskvanın layihə çərçivəsində kəşfiyyat məlumatları toplamaq üçün istifadə edəcəyini vurğulayıb.
ABŞ Konqresinin Rusiyanın qaz layihələrinə sanksiya tətbiq etmək üçün Trampa yeni səlahiyyətlər verdiyinə işarə edən Oudkirk, layihədə iştirak edən şirkətlərin ABŞ sanksiyalarına məruz qalacağını bildirib.
Müxalifət.az