Trampdan Merkelə “NATO” təpkisi!

Baxış sayı:
6070

ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin daha çox məsuliyyət götürməsi lazım olduğunu, üzv ölkələrə etdiyi təzyiqlərdən sonra NATO-ya 10 milyardlarla dollar dəstək təmin etdiyini bildirib. Tramp NATO ölkələri arasından xüsusilə Almaniyanı işarə edərək Angela Merkelin kifayət qədər məsuliyyət almadığını irəli sürüb. ABŞ prezidenti Donald Tramp bu fikirləri NATO-nun baş katibi Jens Stoltenberqlə Ağ Evdə keçirdikləri görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. Tramp vəzifəyə gəldiyindən bəri NATO ilə münasibətlər məsələsində böyük yol qət etdiyini bildirib. NATO ölkələrinə qarşı daha əvvəl verdiyi açıqlamaları təkrarlayan Tramp, ölkələrin daha çox məsuliyyət götürməsi lazım olduğunu vurğulayıb, bu məsələdə özünün etdiyi təzyiqlərdən sonra isə üzv ölkələrin NATO-ya 10 milyardlarla dollar dəstək verdiyini ifadə edib. Tramp, "Vəzifəyə gəldikdən sonra bu rəqəm çox sürətli bir şəkildə artır, 140 milyard dollar əlavə pul topladıq və 2020-yə qədər 100 milyard dollar daha toplamaq istəyirik" deyib. Tramp NATO ölkələri arasından xüsusilə Almaniyanı nəzərdə tutaraq Angela Merkelin kifayət qədər məsuliyyət götürmədiyini irəli sürüb. Stoltenberq də NATO-ya olan güclü bağlılığı və problemlərin həllində göstərdiyi liderlikdən dolayı Trampa təşəkkürlərini bildirib. Müxalifət.az