​Trampdan kəskin reaksiya: Putin günahkardır!

Baxış sayı:
1711

Uşaqlar və qadınlar da daxil olmaqla, xeyli insan Suriyadakı kimyəvi hücumda öldü.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında Suriyanın Duma bölgəsində baş verən kimyəvi hücumla bağlı yazıb.
“Rusiya Prezidenti Vladimir Putin və İran heyvan Bəşəri Əsədi dəstəklədikləri üçün bu olaya görə böyük məsuliyyət daşıyırlar. Böyük bədəl ödənilməlidir. Tibbi yardım və araşdırma aparılması üçün bu bölgəyə girişi açın. Daha bir səbəbsiz insan fəlakəti...”, - deyə Tramp bildirib.
Qeyd edək ki, Şərqi Qutanın müxaliflərin nəzarətindəki Duma ərazisinə kimyəvi silahla edilən hücum zamanı 70 nəfərin öldüyü, minlərlə insanın isə zəhərli qazın təsirindən xəstəxanalara çatdırıldığı bildirilmişdi.