Trampdan Klintona “ÖN SEÇKİ” İTTİHAMI

ABŞ prezidenti Tramp 12 günlük Asiya turundan əvvəl Twitter hesabından açıqlamalar verib və prezidentlik yarışındakı rəqibi Klintona ağır ittimlar yağdırıb.
 
ABŞ prezidenti Donald Tramp 2016-cı il prezident seçkilərindəki rəqibi Hillari Klintonun Demokrat Partiyasının daxilindəki ön seçki prosesində  Senator Bernie Sandersə qarşı "hiylə” işlədərək ön seçkiləri qazandığını" iddia edib.
 “Gizli əməkdaşlıqla bağlı əsl hekayə Donna Brazilenin yeni kitabıdır. Saxtakar Hillari, Demokrat Partiya Milli Komitəsini (DNC) satın aldı, sonra da Demokratların ön seçkilərini Bernie Sandersdən oğurladı. Elizabet Uorren əfsanəvi saxtakar Hillari Klintonun başçılığı ilə Demokratların ön seçkilərdə saxtakarlıq etdiyini yenə də açıqlayıb. Federal İstintaq Bürosu (FBI) və Ədliyyə Nazirliyinə gedək" deyə, bəyan edən Tramp, Demokrat ların Massachussetts Senatoru Warre-nin iddialarına istinad edib.”
Tramp bildirib ki, Bernie Sanders tərəfdarlarının saxtakar Hillari tərəfindən ön seçkilərin onlardan oğurlanmasına görə, ona qızğın olmaqda tamamilə haqlıdırlar. Hiylə olmasaydı Bernie Sanders ilə yarışacağımı və seçkini qazanacağımı düşünürdüm. Amma Hillari ilə yarışacağımı düşünmürdüm .
Müxalifət.az