​Trampdan istədim, vermədi, ona görə də… - ƏRDOĞAN

Baxış sayı:
5674

NATO-nun Baş katibi Yens Stoltenberq çox açıq və qəti şəkildə açıqlama verib: “Üzvlərimiz istədikləri ölkədən istədikləri kimi silah ala bilərlər”.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Əgər mən Türkiyə olaraq ABŞ-dan və ya bir başqa NATO ölkəsindən istədiyim silahı ala bilmirəmsə, bu silahı hardan tapsam, ordan da alaram. Biz Rusiyadan ortaq istehsal etmək şərti ilə belə bir anlaşmanı imzaladıq və Rusiyadan bu S-400-ləri alırıq”, - Türkiyə lideri bildirib.
Raket sistemləri ilə bağlı ABŞ Pezidenti Trampla da danışdığını bildirən Ərdoğan səylərinin nəticəsiz qaldığını qeyd edib:
“Dedim ki, siz bizə verdiniz, biz sizdən almadıq? Vermədiniz. İndi isə S-400-ləri biz Rusiyadan kifayət qədər uyğun şərtlərlə alırıq və alacağıq. Anlaşmalarımızı da imzaladıq”.