​Trampdan İranla bağlı əmr: Kəskin şəkildə azaldın

Baxış sayı:
6844

ABŞ Prezidenti Donald Tramp İrandan alınan neft və neft məhsullarının həcmini əhəmiyyətli dərəcədə azaltmaq barədə əmr verib.
Muxalifet.az xəbər verir ki, Tramp məsələ ilə bağlı ABŞ Dövlət Katibliyi, Maliyyə və Energetika Nazirliyinə yazılı əmr göndərib.
"İrandan birbaşa və ya beynəlxalq maliyyə qurumları vasitəsilə neft və neft məhsulları alışını əhəmiyyətli dərəcədə azaltmaq üçün digər ölkədən yetərli miqdarda alış gücünə malik olduğumuzu müəyyən etdim", - açıqlamada bildirilib.