Trampdan İrana “hərbi qarşıdurma” xəbərdarlığı

Baxış sayı:
11707

İranın son dövrdəki addımlarını "hədələyici" şəklində səciyyələndirən ABŞ prezidenti Donald Tramp, bir tərəfdən üstüörtülü olaraq Tehranı təhdid edib, digər tərəfdən yeni bir nüvə müqaviləsi üçün İranlı liderlərlə danışmağa açıq olduğunu deyib.
 
 Ağ Evdə keçirilən bir tədbirdə danışan ABŞ prezidenti Tramp, son günlərin ən önəmli gündəm maddələrindən ABŞ-İran gərginliyinə dair sualları cavablandırıb.
İranın ABŞ üçün bir təhdid olduğunu qeyd edən Tramp, "İran çox hədələyici davranırdı. Bilmək (İran məsələsində) istəməyəcəyimiz şeyləri bilirik. O üzdən ölkəmizi qoruyacaq tədbirləri almağımız lazımdır" deyə söyləyib.
 
HƏRBİ QARŞILAŞMA EHTİMALINA AÇIQ QAPI
 
 ABŞ ilə İran arasında hərbi bir qarşılaşma ehtimalının olub olmadığı sualına, "Bunu hər zaman deyə bilərsiniz. Buna yox demək istəmirəm, amma ümid edirəm ki, elə bir şey olmayacaq" deyə cavab verən Tramp, İranlı liderlərin ona zəng etməsini istədiyini, ancaq ABŞ-ın keçmiş Xarici İşlər naziri Con Kerrinin İranlılara Tramp ilə danışmamalarının lazım olduğunu söylədiyini bildirib.
Rəsmi bir vəzifədə olmadığı halda Kerrinin sözügedən cəhdinin mövcud qanunların pozulması mənasına gəldiyini deyən Tramp, Kerrinin buna görə mühakimə olunması lazım olduğunu ifadə edib.
 
MƏNƏ ZƏNG ETSİNLƏR
 
 İran ilə nüvə müqaviləsindən ayrılmalarından sonra İran iqtisadiyyatının olduqca pisləşdiyini deyən Tramp, "Etmələri lazım olan şey budur: Mənə zəng etsinlər, oturub danışaq və ədalətli bir anlaşma edək. Nüvə silahına malik olmasını istəmirik. İstədiyimiz böyük bir şey deyil. Bu, onları yenidən yaxşı bir mövqeyə gətirə bilər. İrana zərər vermək istəmirik" deyə söyləyib.
Müxalifət.az