​Trampdan İran AÇIQLAMASI: “Ümid edirəm, müharibə olmaz”

Baxış sayı:
6172

ABŞ prezidenti Donald Tramp Tehranla Vaşinqton arasındakı gərginliklə bağlı açıqlama verib. Jurnalistlərin ABŞ-ın İranla müharibə edib-etməyəcəyi sualının cavabında Tramp deyib: “Ümid edirəm, müharibə olmayacaq”.

“Konqresin razılığı lazımdır”

“Deutsche Welle” (DW) adlı alman nəşrinin yazdığına görə, ABŞ Nümayəndələr məclisinin başçısı Nensi Pelosi də İranla Birləşmiş Ştatlar arasındakı gərginliklə bağlı açıqlama verib. Demokratlar partiyasının ən nüfuzlu şəxslərindən biri olan Pelosi, Tramp hakimiyyərinin İranla müharibə eləmək üçün Konqresin razılığını almadığını söyləyib. Pelosi yaxın saatlarda Respublikaçıların səkkiz nəfər üzvü ilə birlikdə İranla bağlı məxfi brifinq keçirəcəklərini də söyləyib.