Trampdan iğtişaşlara görə 3 müşavirini istefaya göndərmək xahiş olunub

Nümayəndələr Palatasındakı milli azlıqlar qruplarının rəhbərləri ABŞ prezidenti Donald Trampa ünvanladıqları  məktubda Ağ Evdəki üç köməkçisi – Stiv Bennon, Stiven Müller və Sebastyan Qorkunu  istefaya göndərməyi xahiş ediblər.  
 
 “Associated Press”-in verdiyi xəbərə görə, qaradərili, Latın Amerikası və Asiya ölkələrindən olan milli azlıqların rəhbərləri Şarlottsvill şəhərindəki (Virciniya ştatı ) iğtişaşlardan sonra administrasiyadakı məmurları vəzifəsindən azad etməyə çağırıblar. Məktubda qeyd olunur ki,  qeyd olunan məmurların Ağ Evdə mövcudluğu “ağdərililərin digərlərin üzərində üstünlüyünü gücləndirir”.  
 “Bu qeyri-sabit dövrdə amerikalılar hamımızı birləşdirəcək və aramızda nifaq salmağa çalışanları qınayacaq bir liderə layiqdirlər”, - deyə məktubda qeyd olunur.