Trampdan Fransadakı etirazlarLa bağlı AÇIQLAMA

Baxış sayı:
10693

ABŞ prezidenti Tramp sosial media hesabı Twitter-dən etdiyi açıqlamada, Parisdə yanacaq vergilərinin azaldılması və iqtisadi şərtlərin yaxşılaşdırılması üçün keçirilən etiraz aksiyaları və ABŞ-ın Paris İqlim Müqaviləsindən çəkilməsi arasında bir əlaqə qurdu. Tramp paylaşmada bu ifadələri işlədib:
 
"Dostum Emmanuel Makron və nümayişçilər mənim iki il əvvəl gəldiyim nəticə üzərində razılaşdıqları üçün məmnun oldum. Paris Müqaviləsi ölümcül bir vəziyyətə düşdü, çünki üzv ölkələrin enerji qiymətlərini artırarkən çirklilik yaradanlara haqq qazandırır".
Qeyd edək ki, Fransada 17 noyabrda başlayan etiraz mitinqləri son illərin ən şiddətli etirazına çevrildi. Nümayişçilər, Makrondan vergiləri aşağı salmasını və iqtisadi şərtlərin yaxşılaşdırılmasını tələb edirdi.
Tramp, 2017-ci ilin iyun ayında etdiyi açıqlamada, ölkəsinin iqlim dəyişikliyilə qlobal mübarizəni hədəf seçən Paris Müqaviləsindən çəkmə qərarı aldığını açıqlamışdı.
Müxalifət.az