Trampdan “F-35” etirafı: Ərdoğan açıqladı..

Baxış sayı:
9019

G-20 zirvəsində Trampla keçirdiyi görüşün detallarını bölüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Trampın etdiyi etirafa da diqqət çəkib.
 
Ərdoğan bu sözləri söyləyib:
 "F-35-lər mövzusunda bir nöqtəyə gəlindi, bu çox əhəmiyyətlidir. "Tramp 1 milyard 400 milyon dollar pul vermişlər. Sən malını vermirsən. Belə xatırlanmaq da yaxşı bir şey deyil" dedi. İndi bu pulu verdik, amma malımızı bizə vermirlər, nə belə bir tacir olar, nə də belə bir müştəri. Bunu da çox açıq və dəqiq söyləmək bir insanın dürüstlüyünə işarə edər. Bununla əlaqədar olaraq da yoldaşlarımızı vəzifələndirdik, bu işlə məşğul olacaq. Müdafiə nazirlərimiz, Xarici İşlər nazirlərimiz, onlar da bu işi təqib edəcəklər və qapıları inşallah açmış olacaqlar.
S-400 mövzusunda da hörmətli Putinlə Trampın yanımda etdikləri zarafatlaşmalar da oldu. Onlar da gözəl idi.
 
-Nə dedilər əfəndim?
 
(Gülərək) Onların nələr olduğunu qarışdırmayın. Bəzi şeylər də məndə qalsın”.
Müxalifət.az