Trampdan etiraf: "Maduro çətin qoz çıxdı, Bolton məni aldatdı"

Baxış sayı:
11566

Venesuelanın prezidenti Nikolas Maduronu prezidentlik kreslosundan sala bilməyən ABŞ-da prezident Donald Tramp Maduronu "çətin qoz" kimi təsvir edib, bunun məsuliyyətinin başda Con Bolton olmaqla, onun rəhbərlik etdiyi qrupunun üzərinə qoyub.
 
Donald Trampın başda Milli Təhlükəsizlik müşaviri Con Bolton olmaqla, onun rəhbərlik etdiyi qrupun Venesuelanın dövlət başçısı Nikolas Maduronu zəif gördüyü və Venesuela məsələsində onu yanıltdıqlarını dediyi iddia edilib.
ABŞ-ın “Vaşinqton Post” qəzetinin Ağ Ev rəsmilərinə əsaslandırdığı xəbərində, Venesuelada müxalif lider Xuan Guaido rəhbərliyi altında Maduroyac qarşı dövlət çevrilişi cəhdinin uğursuz olmasından sonra Trampın Maduronu devirmək asan olacağı barədə müşavirlərinin onu yanıltdığından şikayət etdiyi irəli sürülüb.
Xəbərdə, Trampın bu məsələdə Boltonu məsul tutduğu ifadə edilərkən, ABŞ liderinin Milli Təhlükəsizlik müşavirini ölkəni "müharibəyə sürükləməkdə" günahlandırdığı və Venesuelada onu küncə sıxışdırdığını dediyi iddia edilib.
 Müxalifət.az