​TRAMPDAN ERMƏNİLƏRƏ DAHA BİR DƏSTƏK – Ermənistana maliyyə yardımı 40 faiz artırıldı

Baxış sayı:
7250

2019-cu il ərzində ABŞ hökumətinin Ermənistana maliyyə yardımı artmaqda davam edib.

Muxalifet.az xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfirliyinin “Armenpress”-ə verdiyi məlumata görə, bu il yardım 60 milyon dollar təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə 40% çoxdur.
"Son 27 ildə ABŞ Ermənistanın demokratik proseslərinin və təsisatlarının inkişafına öz töhfəsini verdi və biz bunu, xüsusən də Ermənistanda demokratiyanın hər zaman daha güclü olduğu bir zamanda dəyişdirmək niyyətində deyilik. Bu səbəbdən, qürur hissi ilə bildiririk ki, bu il maliyyə yardımı 60 milyon ABŞ dollarından çox olmuşdur ”, deyə ABŞ-ın Ermənistandakı səfiri Lin Tracy bildirib.
1992-ci ildən bəri xalqın dolanışıq səviyyəsini yaxşılaşdırmaq və demokratik, iqtisadi və sosial idarəetmənin gücləndirilməsi səylərini asanlaşdırmaq üçün ABŞ Ermənistana 2 milyard dollardan çox maliyyə yardımı edib.
Muxalifet.az