Trampdan daha bir “Suriya” vədi: Gələn həftə açıqlayacağıq!

Baxış sayı:
3886

ABŞ prezidenti Donald Tramp gələn həftə Suriyada İŞİD-ı 100 faiz təmizlədiklərini rəsmən açıqlayacaqlarını deyib.
 
 Tramp bu fikri Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun da iştirak etdiyi İŞİD Əleyhinə Koalisiya Xarici İşlər Nazirləri Toplantısında bildirib.
ABŞ prezidenti gələn həftə Suriyada İŞİD-ı 100 faiz təmizlədiklərini rəsmən açıqlayacaqlarını qeyd edərək, "Rəsmi açıqlamanı gözləmək istəyirəm". deyib.
Vəzifəyə gəldiyi müddət içərisində İŞİD-a qarşı mübarizəyə dair məlumat verən Tramp, seçkilərdə qalib gəlməsindən sonra etdiyi ilk işlərdən biri Pentaqona gedərək İŞİD-ı ortadan qaldıracaq bir plan hazırlamalarını istəmək olduğunu deyib.
İŞİD-ın daha əvvəl xüsusən internet üzərindən təbliğat fəaliyyətləri etdiyini qeyd edən Tramp, "Artıq bu sahədə də təsirli deyillər" deyə söyləyib.
Tramp İŞİD-a qarşı apardıqları mübarizədə koalisiya üzvü ölkələrə təşəkkür edərək, "İŞİD-ın yüksək səviyyəli 60-dan çox üzvünü məhv etdik" deyib.
Müxalifət.az