​Trampdan CNN-lə bağlı çağırış

Baxış sayı:
533

ABŞ Prezidenti Donald Tramp CNN telekanalının Ağ Evdə Yeni illə əlaqədar keçiriləcək jurnalistlərin qəbulu mərasimini boykot etməsinə cavab olaraq, hər kəsi telekanalı boykot etməyə çağırıb.
Bu barədə Donald Tramp rəsmi Tvitter hesabında yazıb.
 “Möhtəşəm! Biz də CNN-in saxta xəbərlərini boykot etməliyik. Onlarla iş görmək tamamilə vaxt itkisi deməkdir”, - Tramp yazıb.
Qeyd edək ki, Ağ Evdə jurnalistlərin qəbulu mərasimi dekabrın 1-də baş tutacaq./axar/