Trampdan ağılları qarışdıran paylaşma!

Baxış sayı:
2374

ABŞ prezidenti Trampın "Bu gün açıqlanan Şimali Koreyaya tətbiq olunan sanksiyaları geri götürürəm" şəklindəki açıqlamasına qarşılıq Şimali Koreya ilə bağlı heç bir sanksiya qərarının olmaması böyük təəccübə səbəb olub.
 
Tramp paylaşmasında "ABŞ-ın Xəzinə Nazirliyi bu gün Şimali Koreya üzərində olan sanksiyalara əlavə sanksiyalar tətbiq edəcəkdi ki, mənim təlimatımla əlavə sankasiyalar geri götürüldü" deyə qeyd edib.
Qısa müddətdə, mübahisəyə səbəb olan bu açıqlama ABŞ rəhbərliyinin Şimali Koreya ilə əlaqədar heç bir sanksiya qərarı vermədiyi üçün diqqət çəkib.
Amerika mətbuatı, "Tramp açıqlanmayan sanksiyaların geri çəkdi" deyə yazarkən, Ağ Ev sözçüsü Sarah Sanders də bununla bağlı açıqlama verib.
Sanders, jurnalistlərə etdiyi açıqlamada, "Prezident Tramp Şimali Koreya lideri Kim'i sevir və sanksiyaların zəruri olduğunu düşünmür" deyib.
Lakin bununla belə, Ağ Ev Şimali Koreyaya tətbiq olunan sanksiyaların nədən ibarət olduğu ictimaiyyətə açıqlanmayıb. Bu da şübhələrə yol açıb.
Müxalifət.az