Trampdan ABŞ-da böhran yaradacaq həmlə!

Baxış sayı:
1252

ABŞ prezidenti Donald Tramp, Ağ Evdə keçirilən mətbuat konfranslarında verdiyi sərt suallarla tanınmış CNN televiziya müxbiri Cim Acosta-nın Ağ Ev mətbuat kartının ləğv edilməsindən sonra başqa jurnalistlərin də mətbuat kartlarının ləğv edilə biləcəyinin siqnalını verib.
 
Trump, Paris səfəri öncəsi Ağ Evin həyətində jurnalistlərə verdiyi açıqlamada, ona verilən bir suala cavab olaraq CNN müxbiri Acostanın mətbuat kartının ləğv edilmə qərarının onun vermədiyini bildirərək, "Bu qərarı mən vermədim. Lakin başqalarına da tətbiq oluna bilər" deyib.
“Ağ Ev müqəddəs bir məkandır, çox xüsusi bir yerdir, Ağ Evə hörmət göstərilməsi lazımdır, prezidentə hörmətlə yanaşmaq lazımdır" deyən Tramp, Acostanın, sözçü Sarah Sanders "hörmətsizlik" etdiyini irəli sürüb.
Tramp, Acostadan başqa hansı jurnalistlərin kartlarının ləğv edilə biləcəyi ilə bağlı heç bir məlumat verməyib.
 
QƏRARA TƏPKİLƏR
 
ABŞ mərkəzli Jurnalistləri Qoruma Komitəsi isə yazılı bir açıqlama verərək, Acostanın Ağ Evə girişinə təkrar icazə verilməsi istiqamətində müraciət edib.
Açıqlamada, "Jurnalistlər vəzifələrini qorxmadan yerinə yetirə bilməlidir. Acostanın mətbuat kartı hüquqları təkrar bərpa edilməlidir. Ümid edirik ki Tramp jurnalistləri alçaltmağı dayandıracaqdır. Bu mövqe eyni zamanda jurnalistlərin təhlükəsizliyi naminə ciddi bir problemdir" deyə bildirilib.
Ağ Evin Acosta haqqında verdiyi qərar, ABŞ-ın fərqli bir çox mətbuat orqanı və əməkdaşları tərəfindən narazılıqla qarşılanıb.
CNN, mövzu ilə bağlı etdiyi açıqlamada, müxbirinin arxasında olduğunu qeyd edib.
Qeyd edək ki, Ağ Evdə Konqres seçkiləri sonrası keçirilən mətbuat konfransında Acosta ilə Trump arasında yaşanan gərginlikdən sonra
prezident Tramp, "CNN, səni işlətdiyi üçün utanmalıdır. Kobud və iyrənc bir insansan. CNN üçün işləməməlisən. Saraha (Ağ Ev Mətbuat Katibi) davranış tərzin bərbaddır. Digər insanlara davranış tərzin çox pisdir. İnsanlara bu şəkildə davrana bilməzsən" deyə söyləmişdi.
 Müxalifət.az