Trampdan AB-yə daha bir TƏHDİD...

Baxış sayı:
514

ABŞ prezidenti Donald Tramp, Avropa Birliyi (AB) ticarət barəsində ortaq məxrəcə gəlinə bilməməsi halında avtomobil idxalında əlavə vergi tətbiq etməklə hədələdi.
Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir. Tramp, Davosta baş tutan 50-ci Dünya İqtisadi Forumunda “CNBC”-yə verdiyi müsahibədə ABŞ ilə AB arasındakı ticari məsələlərdən danışdı.
AB Komissisyası rəhbəri Ursula von der Leyen ilə ticarət anlaşması haqqında dünən Davosta bir müzakirə apardığını bildirən Tramp, "Mükəmməl bir müzakirə oldu. Amma ona, əgər bir nəticəyə gələ bilməsək, tədbir görməyə məcbur olacağımı, bu tədbirlərin ölkəmizə gələn avtomobil və diğər növ məhsullara çox yüksək gömrük tarifləri tətbiq etmək olacağını dedim" ifadələrini işlətdi.
Muxalifet.az