Trampa XƏBƏRDARLIQ: “İncirlikdəki nüvə bombalarını unutma!”

Baxış sayı:
1219

ABŞ prezidenti Donald Tramp Türkiyədən aldığı dəmir və alüminiuma əlavə faiz vergisinin tətbiqi qərarını verdikdən sonra “Vaşinqton Post” qəzetinin yazarı Brayan Klaas ona İncirlikdəki nüvə bombalarını xatırladıb.

Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyənin maliyyə naziri Berat Albayrakın “Yeni İqtisadi Yaxınlaşma” mövzusunda çıxışı zamanı, ABŞ prezidenti Donald Trampın Amerikanın Türkiyədən alacağı dəmir və alüminiuma ikiqat vergi tətbiq edəcəyi barəsində “Tvitter” paylaşması ilə Türkiyə valyuta bazarlarına ajiotaj yaradıb, türk lirəsinin daha da ucuzlaşmasına rəvac verib.

Trampın bu addımı Türkiyədə olduğu qədər ABŞ-da və dünyanın başqa ölkələrində də əks-səda doğurub. “Vaşinqton Post” qəzetinin beynəlxalq siyasət üzrə eksperti Brayan Klaas ABŞ cəbhəsindən Trampa ən fərqli xəbərdarlığı ilə seçilib. “Tvitter” hesabından Trampın paylaşmasına cavab verən Klaas yazıb: “Ərdoğanın heyranı deyiləm, lakin Trampın çıxışı ehtiyatsız çıxışdır. Türkiyə NATO üzvüdür və Türkiyədə yerləşən bir ABŞ bazasında (İncirlik) 50 ədəd nüvə bombası mövcuddur. Trampın “Tvitter” paylaşmaları ciddi milli və beynəlxalq təhlükəsizlik riskləri təşkil eləməyə davam edir”.