Trampa xəbərdarlıq etdilər - HESABI BAĞLANA BİLƏR

Baxış sayı:
5827

“Tvitter” sosial şəbəkəsi qaydalara əməl eləmədiyi təqdirdə, ABŞ prezidenti Donald Trampın da hesabının bağlana biləcəyi barəsində xəbərdarlıq edib.
 
İstər Amerikanın daxili, istərsə də xarici siyasət məsələləri ilə bağlı açıqlamaları ilə diqqəti cəlb edən ABŞ prezidenti Donald Trampın “Tvitter”də verdiyi etiraz doğuran bəyanatları, vəzifədən çıxardığı şəxslərin adlarını car çəkməyi, siyasətçilərə verdiyi ləqəblər, ABŞ mediasına tənqidləri istifadəçilər tərəfindən mənfi qarşılanır.
 
ABŞ prezidenti “Tvitter”dı onu tənqid edən şəxsləri əngəllədiyi üçün də qınanmış, istifadəçilər onun dövlət başçısı vəzifəsini daşımasına rəğmən, fikir azadlığına qarşı olduğunu bildirmişdilər.
 
Sosial şəbəkə istifadəçilərinin “Trampın “Tvitter” hesabı bağlansın” çağırışıları ilə bağlı açıqlama verən, “Tvitter”in hüquq şöbəsinin başçısı Vicaya Qadde, “Tvitter” qaydalarına əməl eləməyəcəyi təqdirdə, ABŞ prezidenti Donald Trampın hesabının bağlana biləcəyini söyləyib.
 
Hurriyyet.org