Trampa xəbərdarlıq: “Bığlını dinlərsən müharibə olacaq”

Baxış sayı:
5542

İran Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sədri olan Hüsameddin Aşina, Twitter hesabında paylaşılan mesajında, Vaşinqton rəhbərliyinin Tehrana yönəlik atdığı addımların müharibəyə səbəb ola biləcəyini vurğulayıb.
 
Ağ Ev Milli Təhlükəsizlik müşaviri Con Boltonun planları haqda, Trampa  xəbərdarlıq edən Aşina, bunları söyləyib:
"Donald Tramp, İranla (nüvə razılaşmasında) daha yaxşı bir razılaşma axtarırsan, amma bunun əvəzində müharibəyə doğru gedirsən".
 
"BIĞLINI (BOLTON) DİNLƏRSƏN MÜHARİBƏ OLACAQ"
 
Boltonu nəzərdə tutaraq Trampa "Bığlını dinlərsəniz olacağı budur" deyə səslənən Aşina, müharibəyə girdiyi təqdirdə Trampa 2020 seçkilərində uğursuzluq ehtimalını xatırladıb.
Müxalifət.az