Trampa təhlükəli tövsiyə: “Ölkəni mühasirəyə alaq, Rusiya girə bilməsin”

Baxış sayı:
8233

“Trendmacro” şirkətinin investisiyalar üzrə direktoru Donald Luskin ABŞ-ın “Fox News” televiziyasına verdiyi müsahibədə, Venesuelanın dövlət neft şirkəti PDVSA-ya tətbiq olunan sanksiyaların ölkəyə təxminən 20 milyard dollarlıq ziyan vurduğunu açıqlayıb və Rusiyanın Venesuelanın dövlət başçısı Nikola Maduronu xilas etməsinə yol verməmək üçün tam təşəkküllü dəniz blokadası tətbiq olunmasını təklif edib.
 
Luskin, “Əgər niyyətimiz ciddidirsə, Rusiya ilə mübarizə apara biləcəyimiz bircə yer var, beynəlxalq sular. 1962 Kuba Raket Böhranını təkrar etməyin üzərində düşünməliyik. Yəni, təkcə banklara qarşı kriminal sanksiyalar deyil, həqiqi fiziki bir mühasirədən söz edirəm. Biz gəmilərimizi Venesuelanın ətrafına yerləşdiririk və "Nə oraya, nə də əks istiqamətə heç bir şey keçməyəcək” deyirik. Bu dəfə ilk kimin gözünü qırpacağını görəcəyik" deyə söyləyib.
 
RUSİYA DƏLİKLƏRİ PULLA BAĞLADI
 
 ABŞ-lı mütəxəssis mövcud vəziyyətin ona, ABŞ-ın Maduronu devirmək üçün Venesuelanı maliyyə mənbələrdən məhrum qoyduğu, Rusiyanın isə araya girib deşikləri pulla bağladığı bir geosiyasi şahmat oyununu xatırlatdığını sözlərinə əlavə edib.
Rusiyanın digər banklarının Venesuela ilə pul əməliyyatları aparmalarını qadağan edən Amerika sanksiyalarını nəzərə almadığını deyən Luskin, sözlərinə belə davam edib:
“Bu səhər Rusların sanksiyaların zərər verməyəcəyi xüsusi bir bank qurduqlarını öyrəndik. Fərz edək ki, onlara sanksiya tətbiq edəcəyik və "Ey yeni Rus bankı, sən ABŞ ilə iş görə bilməzsən” deyəcəyik. Onlar da, "Vecimizə də deyil, siz onsuz da düşmənsiniz” deyəcəklər".
Müxalifət.az