Trampa Suriya məsələsində Bolton TƏSIR EDIB

Baxış sayı:
2521

ABŞ prezidenti Trampın Suriya haqqındakı qərarında, milli təhlükəsizlik müşaviri Con Boltonun təsiri olduğu iddia edilir.
 
ABŞ prezidenti Donald Tramp, 2 həftə əvvəl vəzifədən çıxardığı H.R Makmasterın yerinə milli təhlükəsizlik müşaviri olaraq, Şimali Koreyaya hərbi müdaxilə ideyasını dəstəkləmiş olan sərtlik tərəfdarı Con Boltonu təyin etmişdi.
 
TRAMPA "ŞAHİN" BOLTON TƏSİR EDİB
 
Trampın, Suriyada baş verən kimyəvi hücumlardan sonra, hərbi müdaxilə variantını də masaya qoyduğu haqda bir bəyanat verməsində, Boltonun da payı olduğu deyilir.
 
ƏN KOBUD SƏHVLƏRİNDƏN BİRİNİ EDİB
 
2002-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüş olan keçmiş ABŞ prezidenti Cimmi Karter, Trampın Boltonu Milli Təhlükəsizlik müşaviri vəzifəsinə gətirməsini rəhbərliyinin ən bərbad səhvlərindən birini etmiş ola biləcəyini bildirmişdi.
Buş hakimiyyəti dövründə ABŞ Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmisi və sonra BMT-dəki daimi nümayəndəsi olan Bolton, önləyici zərbə tərəfdarı olan və diplomatik problemlərin həllini müharibədə görən ən şahin şəxslərdən biri idi.
 
BOLTON, İRAQ İŞĞALININ MEMARLARINDANDIR
 
“Trampın vəzifəyə gəlməsindən bəri ən kobud səhvlərdən biri, uzun zamandır Şimali Koreya müharibəsi, hətta İrana hücum etməyi müdafiə edən və İraqın işğal edilməsi qərarının memarlarından biri olan Boltonu işə götürməsidir” deyən 93 yaşlı Demokrat Partiyalı siyasətçi, “bu təyinat ölkəmiz üçün bir fəlakətdir” deyə bildirmişdi.
Müxalifət.az