Trampa soyuq duş! Səudiyyə ilə bağlı hesabları alt-üst oldu

Baxış sayı:
10690

ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın iki dəfə veto etdiyi ABŞ-ın Səudiyyə Ərəbistanına planlaşdırdığı silah satışınə maneə törədəcək 3 qanunu təkrar təsdiqləyib.
 
Palatada keçirilən səsvermədə ilk iki qanun 190 "əleyhinə", 238  “lehinə” olmaqla keçərkən, üçüncü qanun isə 190 səsə qarşı 237 lehinə olmaqla təsdiqlənib.
Səsvermə ilə bağlı açıqlama verən Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Eliot Engel, Körfəz bölgəsindəki ABŞ müttəfiqlərinin Yəməndəki İranın dəstəklədiyi Husilər tərəfindən təhdid altında olduğunun fərqində olduğunu, ancaq edilən insan haqları pozuntularını da göz ardı edə bilməyəcəklərini vurğulayıb.
Engel "Bölgədəki əməkdaşlığımız müttəfiqlərimiz tərəfindən işlənən mülki əhali qırğınlarına göz yumacağımız mənasını vermir. Başımızı çevirərək prezidentin Konqres üzərində güc nümayiş etdirməsinə icazə verəcəyimiz mənasını daşımır. (Tramp) rəhbərliyi dəyərlər adına ayağa qalxmırsa, Konqres qalxmalı və qalxacaq" deyib.
Dörd Respublikaçı millət vəkilinin də dəstək verdiyi qanun daha əvvəl eyni qanunu iki dəfə veto edən Trampa üçüncü dəfə göndəriləcək.
Müxalifət.az