Trampa soyuq duş: Hesab vermək üçün rəsmi ifadəyə çağırıldı

Baxış sayı:
5338

 ABŞ Senatının Kəşfiyyat Komitəsi prezident Donald Trampın oğlu Donald Tramp Jr. üçün Rusiya istintaqı ilə əlaqəli olaraq rəsmi ifadə çağırıb.
 
İlk olaraq “Axios” adlı xəbər saytı tərəfindən yayılan rəsmi dəvət, Trampın uşaqlarından biri üçün çıxarılan ilk rəsmi ifadə çağırışı olaraq qeydlərə keçib.
Respublikaçıların əksəriyyətdə olduğu komitənin Trampın böyük oğlunu ifadəyə çağırılmasının səbəbinin isə Tramp Jr.-ın 2017-nin sentyabrında  Senatın Ədliyyə Komitəsində Rusiya araşdırmasıyla bağlı verdiyi ifadə olduğu bildirilib.
Həmin ifadəsində atasının Rusiyadakı işlərini genişləndirmək planı ilə bağlı çox az məlumata malik olduğunu deyən Tramp Jr.-ın eyni mövzuda yenidən ifadəsinə müraciət ediləcək.
 
TRAMPIN RUSİYADAKI İNVESTİSİYASINI GENİŞLƏNDİRMƏK PLANI
 
 Buna əsas olaraq da Trampın keçmiş vəkili Maykl Koenin eyni məsələ ilə bağlı verdiyi ifadədə "Tramp Jr.-ın Rusiyadakı bütün proseslərdən tamamilə xəbərdar olduğunu" iddia etməsi göstərilib.
Eyni xəbərdə, Tramp Jr.-ın daha əvvəl könüllü olaraq Senat Kəşfiyyat Komitəsi qarşısında ifadə verdiyini söylədiyi, indiki rəsmi ifadə dəvətini isə mənasız olduğu qeyd edilib.
 Müxalifət.az