Trampa söylədi: Ölkəmizdə hərbi baza qurun!

Baxış sayı:
2662

Polşa prezidenti Andjey Duda, ABŞ prezidenti Donald Trampa “Amerikanın ölkəmizdə bazaları olmalıdır" deyib.
 
Görüşdə çıxış edən Polşa prezidenti Andjey Duda, Trampla, enerji təhlükəsizliyi, yeni elektrik xətlərinin qurulması və hərbi təhlükəsizlik məsələlərini müzakirə etdiklərini söyləyib.
Prezident Duda Amerikanın təbii maye qazından istifadə olunacaq enerji diversifikasiyasının vacibliyini vurğulayıb və "Şimali axın" layihəsinin Avropa və Polşanın enerji təhlükəsizliyini təhdid etdiyini deyib.
Trampa Amerikanın Polşada qalıcı əsaslarla hərbi baza qurma təklifi edən Duda, "Amerikan əsgərlərinin Polşa torpaqlarında olmasından çox məmnunam. Daha çox Amerikan birliyinin olmasını istəyirik. Ölkəmizdə Amerikanın varlığı bizlərə təhlükəsizliyi zəmanət edir. Həm ABŞ-ın maraqları və təhlükəsizliyi, həm də Polşanın maraqlarına uyğun olaraq ölkəmizdə bazalara sahib olması lazımdır”.
 
2 MİLYARD DOLLAR POLŞA ÖDƏYƏCƏK
 
Son 10 ildir Kaliningrad və ətrafında hərbi hərəkətlilik olduğunu, Rusiyanın sistematik olaraq bölgəyə hərbi yığınaq təşkil etdiyini deyən Duda, "2008-ci ildə Gürcüstanda bunun nümunəsini gördük, hərbi baxımdan genişləmə o tarixdən bəri davam edir, Rusiyanın beynəlxalq hüququ tapdalayan aqressiv davranışlarını bu gün Ukraynada, Krımda, Donetsk və Luganskda yaşananları görürük. Orta və Şərq Avropanın təhlükəsizliyi, yəni azad dünyanın təhlükəsizliyi üçün ölkəmizdə və bölgədə Amerikan və NATO qüvvələrinin olmasını istəyirik" deyib.
Digər tərəfdən, Polşa ABŞ-ın bazaları üçün illik 2 milyard dollar xərci ödəyəcəyinə zəmanət verir.
Müxalifət.az