Trampa Rusiya ilə bağlı xəbərdarlıq

ABŞ Prezidenti Donald Trampa çıxışlarında Rusiya ilə əlaqədar məsələlərə nadir hallarda münasibət bildirməsi məsləhət görülüb.
 
Bu barədə NBC yüksəkçinli məmurlara istinadən informasiya yayıb.
ABŞ prezidentinə xüsusən Moskvanın Amerikada keçirilmiş seçkilərə mümkün müdaxiləsi ilə bağlı məsələlərdən danışmaqdan yayınması tövsiyə edilib. Bundan sonra prezidentin Ayovada çıxışı zamanı Rusiyanı tamamilə yaddan çıxardığı müşahidə olunub. Ertəsi gün isə Tramp dözməyərək, demokratların iddialarına Tviter hesabında cavab yazıb:
“Yeri gəlmişkən, əgər Rusiya 2016-ci il prezident seçkilərinə bu qədər fəal təsir edirdisə, o zaman hakimiyyətdə olan Obama administrasiyası niyə onun qarşısını almadı?”
Xatırladaq ki, ABŞ-da keçirilən seçkilərə müdaxilə məsələsini Rusiya XİN birmənalı şəkildə təkzib edib.