Trampa Rusiya bayraqlı ETİRAZ – TRAMP VƏTƏN XAİNİDİR /FOTOLAR

 ABŞ-ın Konqres binası daxilində bir etirazçı prezident Donald Trampın üzünə Rusiya bayrağını ataraq, "Tramp vətən xainidir", deyə qışqırıb.
 
Müxalifət.az xəbər verir ki, etirazçı Ryan Clayton, Donald Trampın üzünə rus bayraqlarını atdıqdan sonra şüarlar səsləndirib.
Bu etirazın qarşısında Donald Trump çaşqın vəziyyətdə heç bir reaksiya verə bilməyib və bu, diqqətlərdən yayınmayıb.

 Polis dərhal etirazçını saxlayıb.
Müxalifət.az