Trampa Ərdoğanın sözləri ilə cavab verildi

Baxış sayı:
6670

Türkiyənin Milli Müdafiə Nazirliyi Twitter hesabı üzərindən "Kürdlərə hücum edərlərsə, Türkiyəni iqtisadi olaraq məhv edərik" deyə açıqlama verən ABŞ prezidenti Donald Trampa prezident Ərdoğanın sözləri ilə cavab verib.
 
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan 26 iyun 2015 tarixində Twitter hesabındaki mesajında, "Bütün dünyaya səslənirəm, bədəli nə olursa, olsun Suriyanın şimalında, Türkiyənin cənubunda terror dövlətinin qurulmasına əsla icazə etməyəcəyik" deyib.
 
Nazirlik yenidən paylaşdı
 
Müdafiə Nazirliyi Ərdoğanın təxminən 3,5 il əvvəl Twitter üzərindən mesajını paylaşaraq yenidən Trampa cavab verib.
Müxalifət.az