Trampa qəribə sual: Səudiyyə şahzadəsini kral edəcəksənmi?

Baxış sayı:
3778

Qaşıqçı cinayətində Səudiyyənin vəliəhd şahzadəsinin cinayətə daxil olub olmadığı barədə açıqlama verməyən, ancaq cinayətin üzərindən 2 ay keçməsinə baxmayaraq Məhəmməd bin Salmana dəstəyini davam etdirən Tramp, "Bin Salman Səudiyyə Ərəbistanının lideridir. Səudiyyə Ərəbistanı olduqca yaxşı bir müttəfiqdir" cavabını verib.
 
“Səudiyyə Ərəbistanını dəstəkləmək vəliəhd şahzadəni dəstəkləmək anlamına gəlirmi" sualına isə Tramp, "Bəli, bu anda qəti şəkildə belədir" şəklində cavab verib.
 
ŞAHZADƏ BİN SALMAN SUALI
 
“Reuters”-in müxbiri Trampa, Səudiyyə Ərəbistanının kral ailəsinin bəzi üzvlərinin vəliəhd şahzadə Salmanın kral olmasını əngəlləmək istədiyini, amma bin Salmanın kral olmasında ABŞ və Trampın mühüm rol oynayacağını düşünüldüyünü söyləyib.
Tramp, "Belə bir şey eşitməmişəm. Doğrusu, buna şərh verə bilmərəm, çünki belə bir şeyi heç eşitmədim. Eşitdiyim yeganə şey bin Salmanın olduqca güclü şəkildə hakimiyyətdə olduğudur" deyib.
Müxalifət.az