Trampa Qaşıqçı üçün verilən müddət başa çatdı

Baxış sayı:
16672

ABŞ-da Tramp rəhbərliyinə Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətindən birbaşa Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məsul olub olmadığını ortaya çıxarması üçün ABŞ Senatı tərəfindən verilən 120 günlük müddət bu gün başa çatır.
 
 ABŞ Senatının Xarici Əlaqələr Komitəsi 10 oktyabr günü prezident Trampa məktub göndərərək Qaşıqçı-nın aqibəti haqqında "Qlobal Magnitsky İnsan Haqları Məsuliyyət Qanunu" çərçivəsində istintaq açılmasını tələb etmişdi.
Məktub Xarici Əlaqələr Komitəsinin sədri Tennessi ştatının senatoru Respublikaçı Bob Corker, komitənin stajlı üzvü Nyu-Cersi senatoru Demokrat Bob Menendez, komitə üzvü Cənubi Karolina senatoru Respublikaçı Lindsey Qrehem ilə komitəyə bağlı Dövlət Təsisatları Alt Komitəsinin sədri, Vermont senatoru Demokrat Patrik Leahy tərəfindən hazırlanmışdı.
Kentucky senatoru Respublikaçı Rand Pol-dan başqa bütün komitə üzvlərinin imzaladığı məktubda, "Qlobal Magnitsky İnsan Haqları Məsuliyyət Qanunu” çərçivəsində cənab Qaşıqçı-ya münasibətdə hər hansı bir qanun pozuntusunda rolu olan xarici şəxslərə qarşı sanksiya tətbiqi barədə qərar verməyinizi tələb edirik" deyə bildirlmişdi.
Müxalifət.az