Trampa qarşı üsyan BAŞLADI – Ən yaxın adamı açıqladı

Baxış sayı:
6175

ABŞ prezidenti Donald Trampın atdığı addımlar onun ən yaxın müttəfiqləri kimi yaxın ətrafında olan insanları da narazı salır.

Muxalifet.az xəbər verir ki, bunu Ağ Evdə yüksək vəzifə tutan bir səlahiyyətlinin “New York Times” qəzetində dərc etdiyi məqalə də göstərir.

Adı açıqlanmayan səlahiyyətli Ağ Ev administrasiyasında prezidenti Donald Trampa qarşı müqavimətin başlandığını yazıb. “Tramp administrasiyasındakı müqavimətin bir parçasıyım” başlıqlı məqalənin müəllifi “müqavimət”i bu sözlərlə ifadə edib:

“Müqaviməti bilirəm, çünki onlardan biriyəm. Bizimki soldan çıxan bir müqavimət deyil. Biz administrasiyanın uğurlu olmasını istəyirik. Prezident bir respublikaçı olaraq seçilmiş olsa da, mühafizəkarların mənimsədiyi azad ağıl, sərbəst bazarlar və azad xalq ideallarına yaxınlıq göstərmir”.

Tramp isə məqalə üçün “qorxaq” ifadəsini işlədib və səlahiyyətliyə səhifələrini açan “New York Times” qəzetini tənqid edib.

“Bu adam gerçəkdirsə, “New York Times” milli təhlükəsizliklə əlaqədar onun adını açıqlamalıdır”, - prezident qeyd edib.