Trampa qarşı SƏSLƏRİNİ UCALTMAĞA BAŞLADILAR

Baxış sayı:
484

Trampın hər keçən gün keyfi qərarlar verdiyini dilə gətirən Avstriya xarici işlər naziri Karin Kneissl, "Dünya siyasəti, ailə şirkətini idarə etdiyiniz kimi idarə edilməz" deyə, bildirib.
 
Fransa, İngiltərə və Almaniyadan sonra Avstriya da ABŞ-a qarşı səsini yüksəldə bildi.Trampın İran ilə olan nüvə müqaviləsindən çəkilməsinin yanlış olduğunu qeyd edən Avstriya XİN rəhbəri Karin Kneissl, qərarın ABŞ olmadan da düzəldilə biləcəyini deyib.
 
ABŞ-ın QƏRARINA BAXMAYARAQ, MÜQAVİLƏ XİLAS OLUNMALIDIR
 
Kneissl, Trampın müqavilədə Avropadakı ölkələri düşünmədən çəkilməsinə baxmayaraq İranın müqaviləni mühafizə etmək üçün əhəmiyyətli bir iradə ortaya qoyduğunu bildirib.
Müqavilədə iştirak edən bütün tərəflərin danışıqlara davam etməsi lazım olduğunu söyləyən Kneissl, müqavilənin mühafizə edilməsi lazım olduğunu xatırladıb. Kneissl, ABŞ-ın çəkilmə qərarına baxmayaraq nüvə müqaviləsinin xilas edilməsi lazım olduğunu söyləyib.
 
AVROPANI İRAN QORXUSU BÜRÜDÜ
 
Trampın nüvə müqaviləsindən çəkilməsinin silahlanma məsələsində böyük problemlər yaradacağını deyən Kneissl, "Müqavilədən çəkilmənin etibarımızın itməsinə təsirləri olacaqdır və digər müqavilələr üçün də ciddi bir etimad itkisinə səbəb olacaq" deyib.
Son dövrdə yaşanan böhranları, Trampın hadisələri iqtisadi cəhətdən qiymətləndirməsinə bağlayan Kneissl, "Dünya siyasəti, ailə şirkətini idarə etdiyiniz kimi idarə edilə bilməz" deyə, söyləyib.
Müxalifət.az