​Trampa qarşı ittiham: III Dünya müharibəsi…

Donald Tramp digər dövlətləri təhdid edərək ölkəni Üçüncü Dünya müharibəsi riski ilə üz-üzə qoya bilər.
Bunu amerikalı senator, Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Bob Korker deyib.
Korker Trampın Ağ Evdəki vəzifəsinə realiti-şou kimi baxdığını bildirib:
"O məni narahat edir. Millətini düşünən hər kəs Trampın hərəkətlərinə laqeyd qalmamalıdır. Tramp yazdığı tvitlərlə diplomatik əlaqələrə ciddi ziyan vurub".