​Trampa qarşı impiçment ilə bağlı PETİSİYA REKORD QIRDI

ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı petisiya 10 gün ərzində 1 milyondan çox imza toplayıb.
Bu barədə informasiyanı “Hill” qəzeti yayıb.
Qeyd edək ki, Trampa qarşı petisiyanı amerikalı milyarder Tom Stayer yaradıb. Demokratlar Partiyasının tərəfdarı olan milyarder oktyabrın 20-də Trampa qarşı kampaniya başladıb. Milyarder həmçinin ABŞ ştatlarının qubernatorlarına məktub yazaraq impiçment prosesinin başladılmasını istəyib.
Tom Stayer “Faralon Kapital” şirkətinin sahibidir. Onun sərvəti 1,61 milyard dollar dəyərindədir./axar.az/