Trampa partiyasından "SURİYA" TƏZYİQİ

Baxış sayı:
5458

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın "Suriyadan çəkiləcəyik" açıqlamasına Respublikaçı senator Lindsey Graham etiraz edib.
 
ABŞ prezidenti Donald Trampın "Çox yaxında Suriyadan çəkiləcəyik, qoyaq indi də başqaları məşğul olsun" sözləri Vaşinqtonda mübahisə yaradıb. Amerika siyasətinin öndə gələn şəxslərindən olan Respublikaçı senator Lindsey Qraham, Suriyadan çəkilmənin veriləcək ən pis qərar olduğunu deyib. ABŞ-ın çəkilməsinin Türkiyəylə Kürdlər arasındakı gərginliyi artıracağını bildirib.
“Fox News”-a açıqlama verən Qraham, "Bu, prezidentin verə biləcəyi ən pis qərar olar. Bu filmi daha əvvəl gördüm, Obama İraqda eynisini etdi" deyib. "IŞİD küncə sıxışdırıldı. Əgər onları sakitləşdirmək istəyirsinizsə, Amerikan əsgərlərini çəkərsiniz" deyə, Qraham sözlərinə belə davam edib: "Bu bir faciəyə yol açar. Suriyada hələ də 3 mindən çox IŞİD döyüşçüləri var. Əgər əsgərlərimizi yaxın zamanda çəksək IŞİD geri dönər, Türkiyəylə Kürdlər arasındakı müharibə nəzarətdən çıxar və Şamı, heç bir Amerikan varlığı olmadan İranlılara vermiş olarsınız".
Qeyd edək ki, Tramp keçən həftə Ohayoda mitinqdə tərəfdarlarına xitab edərkən "Çox yaxında Suriyadan çəkiləcəyik, qoyaq başqaları məşğul olsun" demişdi. ABŞ prezidentinin Suriya Demokratik Qüvvələrinin nəzarətindəki bölgəyə 200 milyon dollarlıq yardımı da dondurduğu ortaya çıxmışdı. Trampın Suriyadan çəkilmə istiqamətindəki mövqeyi, Amerika rəhbərliyində fikir ayrılığı yaratdığı görünür. ABŞ prezidentinin sözlərindən qısa müddət sonra Xarici İşlər Nazirliyinin "Belə bir plandan xəbərimiz yoxdur" açıqlaması gələrkən, “Reuters”ə danışan üst səviyyə bir səlahiyyətli də Trampın müşavirlərinin Suriyada ən az iki il daha az sayda əsgər saxlamaqdan yana olduğunu deyib.
Müxalifət.az