Trampa partiyasından “İran” ÇAĞIRIŞI

ABŞ Konqresinin  Xarici Əlaqələr Komitəsinin sədri Roys ABŞ-ın İranla bağlanan nüvə müqaviləsindən çəkilməməsi lazım olduğunu söylədi
 
Müxalifət.az bildirir ki, bu barədə Türkiyə mediası xəbər verib
Respublikaçı Partiyasının Kaliforniya nümayəndəsi Roys Komitənin "İranın bütün təhdidləri ilə üzləşmək" mövzusu ilə bağlı keçirilən iclasında bildirib.
 Roys, "Çəkilmək əvəzinə müqavilənin şərtlərini sərt şəkildə göstərməliyik". deyə, fikir bildirib.
 “Anlaşma çox pis ola bilər, amma bizim şərtləri ən sərt şəkildə göstərməyimiz lazımdır", deyən Roys, prezident Donald Trampın İranla bağlı bu həftə bir qərar verməsi lazım olduğuna diqqəti çəkib.
 Roys, "Prezidentin necə qərar verərsə, versin, bunu açıqlaması əhəmiyyət kəsb edir. İranın təhdidlərinə qarşı gələ biləcək bir məsuliyyətlə bunu açıqlamasını gözləyirik"deyə, bildirib.
Qeyd edək ki, Tramp prezidentlik kampaniyasında etdiyi çıxışlarda seçkiləri qazandığı təqdirdə 2015 ildə dövrün ABŞ Prezidenti Barak Obama tərəfindən İranla imzalanmış nüvə müqaviləsini "cırıb atacağını" söyləmişdi.
 Seçkilərin ardından sərt ritorikanı davam etdirən Trampın bu həftənin bazar gününə qədər bir qərar verməsi lazımdır. Çünki Tramp keçən həftə etdiyi çıxışında bu həftə ərzində qərarını açıqlayacağını bildirmişdi.
Müxalifət.az