Trampa İranla müharibə etməyə qadağa qoyula bilər - QƏTNAMƏ HAZIRLANDI

Baxış sayı:
2350

ABŞ-da Demokrat Partiyasından olan senator Tim Keyn ölkə Prezidenti Donald Trampla bağlı qətnamə təqdim edib. Belə ki, sənəd qəbul ediləcəyi təqdirdə, ABŞ liderinə Konqresin razılığı olmadan İranla müharibəyə başlamaq qadağan ediləcək.

Bu barədə “The Hill” nəşri yazır.

“Bir neçə il ərzində mən narahat idim ki, Prezident İranla müharibəyə başlaya bilər. İndi isə nə qədər ki, Tramp bizim hərbçilər üçün daha da böyük başağrısı fikirləşməyib, Konqresin məsələyə qarışmalı olduğu həddə çatmışıq”, - deyə Keyn vurğulayıb.

Sənəddə Trampa İrana qarşı istifadə edilə biləcək bütün qüvvələri geri çəkmək üçün 30 gün vaxt vermək təklif olunur.

Qeyd edək ki, bu qətnamə üçün səbəb Bağdadda İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı general Qasım Süleymaninin ABŞ-ın hücumu nəticəsində öldürülməsi olub.