Trampa daha bir gözdağı: Fransa ilə Almaniya ortaq Məclis qurur

Baxış sayı:
5950

Fransanın Milli Məclisi Fransa ilə Almaniya arasındakı əməkdaşlığı gücləndirməyi hədəfləyən ortaq bir Məclisin yaradılmasını nəzərdə tutan müqaviləni təsdiq edib. Bir müddət əvvəl də iki ölkə arasında ABŞ-ın etirazlarına baxmayaraq ortaq bir ordu yaradılmasına yönəlik müqavilə imzalanmışdı.
 
Müqavilə Almaniya Federal Məclisində də qəbul olunduqda qüvvəyə minəcək və qəbul edildiyi təqdirdə Məclisin ilk iclasının 25 martda Fransanın paytaxtı Parisdə keçirilməsi gözlənilir.
İldə ən azı iki dəfə toplanacaq birgə məclisdə, hər iki ölkədən 50 deputat iştirak edəcək. Müqavilənin ölkələrin sərhəd bölgələrində milli hüquq normalarından imtina etmə imkanı verdiyi qeyd olunub.
Fransa Milli Məclisinin sədri Riçard Ferrand etdiyi açıqlamada, müqavilənin qəbul edilməsindən məmnunluq duyduğunu bildirərək bu Məclisin hər iki ölkənin hüquq sisteminin uyğun işləməsini təmin edəcəyini və iş birliyini dərinləşdirəcəyini söyləyib.
Avropa Birliyinin naziri Natali Loiseau da bu müqaviləni "cəsur bir seçki" kimi qiymətləndirib.
Müxalifət.az