Trampa çox ağır sözlər! “Səudiyyənin susmaq üçün verdiyi pul...”

Baxış sayı:
6631

“Vaşinqton Post” qəzetinin müəllifi və icraçı direktoru Fred Ryan, ABŞ prezidenti Donald Trampın Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətinə dair bu gün verdiyi açıqlamaya sərt reaksiya göstərib.

ABŞ prezidenti Trampın etdiyi Qaşıqçı açıqlaması, ABŞ mətbuatında "ABŞ-ın Səudiyyə Ərəbistanına dəstəyini davam etdirməsi" kimi qiymətləndirilib.
Sözügedən açıqlamadan sonra Qaşıqçı-nın müəllifi olduğu “Vaşinqton Post” heyətindən də Trampa sərt iradlar gəlib.
Fred Ryan, etdiyi yazılı açıqlamada, "Prezident Trampın jurnalist Camal Qaşıqçı-nın vəhşicəsinə öldürülməsinə reaksiyası, uzun müddətdir ki, var olan insan haqlarına hörmət  və strateji münasibətlərimizdə inam və səmimiyyətə bir xəyanətdir. Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə işlərini normal şəkildə davam etdirmək üçün şəxsi münasibətlərini və kommersiya maraqlarını Amerikanın maraqlarının üstünə qoyur" deyə qeyd edib.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) apardığı istintaq nəticəsində Qaşıqçı-nın öldürülməsi əmrini şahzadə Məhəmmədin verdiyi nəticəsinə gəldiyini qeyd edən Ryan, "MKİ-nin dəlillərinə şübhə edilməsini tələb edəcək bir səbəb varsa, Tramp bu dəlilləri ictimaiyyətilə bölüşməlidir" deyə bildirib.
Ryan, Trampın "dünya təhlükəli bir yerdir" sözünə qatıldığını, günahsız bir adamın bir dövlətin əmri ilə vəhşicəsinə qətlə yetirildiyini ifadə edərək, "Tramp rəhbərlikdə uğursuz oldu, indi Amerikanın dəyərləri və maraqlarının müdafiə edilməsi Konqresə düşür" deyib.
Müxalifət.az