Trampa böyük şok! Milyard dollarlıq silah anlaşmasına zərbə

Baxış sayı:
6892

ABŞ-da Nümayəndələr Palatasındakı Demokrat millət vəkilləri Səudiyyə Ərəbistanına silah satışını əngəlləyəcək qərar layihəsi təqdim edib.
 
ABŞ-da prezident Donald Trampın Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb  Əmrlikləri (BƏƏ) kimi bəzi ölkələrə silah satışlarında Konqres təsdiqindən yan keçən “fövqəladə vəziyyət” səlahiyyətindən istifadə etməsindən sonra demokratların çoxluq təşkil etdiyi Nümayəndələr Məclisi də yeni addımlar atmağa başlayıb.
Nümayəndələr Məclisinin Xarici Əlaqələr Komitəsindən edilən yazılı  açıqlamada, Kaliforniya əyalətindən demokrat millət vəkili Ted Lieunun Tramp rəhbərliyinin Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrinə silah satışını əngəlləyəcək bir qərar layihəsi təqdim etdiyi ifadə edilib.
Lieu etdiyi açıqlamada, "Trampın “təcili vəziyyət” elan etməsi,  ona 'xeyr' deyilən bir rəhbərliyin vəzifəsini qorxunc bir şəkildə pisə istifadə etməsindən başqa bir şey deyil" deyib.
ABŞ-ın silah satış prosesinin, satışın ölkə mənfəətləri və qanunlarına  uyğunluğunun nəzərdən keçirilməsi məqsədiylə Konqres təsdiqini də ehtiva etdiyinə işarə edən Lieu, Tramp rəhbərliyimin söz mövzusu satışların bu standartları əhatə etmədiyini bildiyini və bu səbəblə də “təcili vəziyyət”ə müraciət etdiyini ifadə edib.
Müxalifət.az